Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83239
az

Azərbaycanda şok olay: Qıza elçi gələn oğlan həbs edildi

19:3022 Fevral, 2023
531
REDAKTORUN SEÇİMİ
  • A

Bu günlərdə Gəncədə xoşagəlməz hadisə baş verib.

Oxu24.com xəbər  verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sevdiyi qızın evinə gedərək dava salan gənc oğlan polis tərəfindən saxlanılıb.

Belə ki, şəhər sakini Sultan Məmmədov (ad-soyad şərti) 2 ildən artıqdır sevdiyi qızın evinə valideynlərini elçi göndərib. Lakin hər dəfə qızın atası qapını açmaqdan imtina edib. Bir neçə gün əvvəl eyni hal yenidən təkrarlanıb. Valideynlərinin qapıdan qaytarıldığını görən S.Məmmədov qızgilin qapısını döyərək uca səslə onun atasını və özünü söyüb. Bundan sonra qızın atası polisə müraciət edib.

Ərazi üzrə hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gəlib və S.Məmmədov bölməyə dəvət edilib. Bölmədə onun qızın yaşadığı evə yaxın getməməyi barədə iltizama imza atması tələb edilib. Lakin gənc oğlan iltizama imza atmaqdan imtina edib və əsəbiləşərək müqavimət göstərib.

Bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi