Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
744
21.02.2023, 21:39
Bu həftənin ortalarında qış soyuğu olacaq, qar yağacaq.
Oxu24.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur, illər bir-birinə bənzəmir: “Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb”.
U.Tağıyeva vurğulayıb ki, ilk tonqalın su çərşənbəsində qalanması buzların əriməsinin, qışın arxada qalmasının göstəricisidir: "Amma bu il fevral ayı son ongünlüyündə də öz “mövqeyini əldən vermir. Elə bu həftənin ortalarında qısa müddətə qış soyuğu hiss olunacaq, qar yağıntısı bir çox bölgələrimizi əhatə edəcək. Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq”.
Xidmət rəisi Su çərşənbəsində respublikanın çaylarında sululuq haqqında da məlumat verib: “Qışda ümumiyyətlə çaylarda aşağı sululuq olur, dağlarda mənfi temperatur və yağıntı qar şəklində olduğu üçün bəzi çayların mənbəyi donur. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 73, Lənkəran-Astara bölgəsi çaylarında isə 26 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsində digər ərazilərlə müqayisədə bu il daha çox yağıntı müşahidə olunub ki, bu da çayların sululuğuna təsir edib. Hazırda bölgənin əsas çaylarında sululuq ongünlük normanın 147 faizini təşkil edir. Kür-Qıraqkəsəmən məntəqəsində sululuq ongünlük normanın 76 faizini, Qanıx-Cəlayir məntəqəsində isə 33 faizini təşkil edir”.
Həmçinin oxuyun
19:03 / 05 Oktyabr 2026
16
19:00 / 05 Oktyabr 2026
40
18:42 / 05 Oktyabr 2026
45
18:35 / 05 Oktyabr 2026
64
18:29 / 05 Oktyabr 2026
47
18:21 / 05 Oktyabr 2026
46
18:08 / 05 Oktyabr 2026
61
18:04 / 05 Oktyabr 2026
103
17:59 / 05 Oktyabr 2026
63
17:56 / 05 Oktyabr 2026
66
17:54 / 05 Oktyabr 2026
67
17:53 / 05 Oktyabr 2026
64
17:52 / 05 Oktyabr 2026
63
17:44 / 05 Oktyabr 2026
673
17:23 / 05 Oktyabr 2026
83
16:47 / 05 Oktyabr 2026
84
16:16 / 05 Oktyabr 2026
1391
16:06 / 05 Oktyabr 2026
284
16:03 / 05 Oktyabr 2026
117
15:55 / 05 Oktyabr 2026
80
15:41 / 05 Oktyabr 2026
92
15:32 / 05 Oktyabr 2026
150
15:31 / 05 Oktyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.