Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83055
az

Bu ölkədə güclü zəlzələ olacaq  -  XƏBƏRDARLIQ

10:2520 Fevral, 2023
427
REDAKTORUN SEÇİMİ
  • A

Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxın vaxtlarda ölkəni Rixter şkalası üzrə 8,5 maqnitudada zəlzələnin gözlənildiyini bildiriblər.

Oxu24.com xəbər  verir  ki, bu barədə xarici  KİV-lər açıqlama yayıb.

Professorlar Konstantinos Sinolakis və Kostas Papazakos Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin şəraitini araşdırıblar. Yerli MEGA telekanalının efirində Sinolakis bildirib ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyə bilər.

O, Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyinə diqqət çəkib.

“Kritdə sonuncu güclü zəlzələ 1403-cü ildə baş verib və mənim hesablamalarıma görə, belə zəlzələlər hər 600-800 ildən bir baş verir. Biz artıq Rixter şkalası üzrə təxminən 8,5 maqnitudada zəlzələnin astanasındayıq”, - Sinolakis bildirib.

Alimin sözlərini onun həmkarı, Salonikidəki Aristotel Universitetinin seysmologiya professoru Kostas Papazakos da təsdiqləyib. O, Yunanıstanda baş verən zəlzələlərin dövriliyini də vurğulasa da, bildirib ki, növbəti fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün deyil.

Hər iki alim razılaşıb ki, onların proqnozları gələcəkdə xəbər vermə kimi qəbul edilməməlidir. Daha doğrusu, bu, əhalini mümkün problemlərə hazırlamağa vaxt tapması üçün hakimiyyətin diqqət etməli olduğu xəbərdarlıqdır. (Report)

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank qərar qəbul edib
Rövşən Rzayev vəfat edib
Rubl bahalaşdı,Avro ucuzlaşdı