Qaynar xətt:

(+99450) 247 90 86

Üzücü xəbər: Tibb Universitetinin tələbəsi də zəlzələdə həlak olub

Üzücü xəbər: Tibb Universitetinin tələbəsi də zəlzələdə həlak olub

REDAKTORUN SEÇİMİ

295

15.02.2023, 18:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tibb Universitetinin tələbəsi Türkiyədə həlak oldu 

Fevralın 6-da Türkiyədə baş verən zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub.

Bu barədə Oxu24.com-a Universitetdən xəbər verilib. Qeyd edilib ki, Universitetin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində həlak olub.

"Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı" - məlumatda qeyd edilib.