Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı tələbələrin cənazələri ölkəyə sabah gətiriləcək

Azərbaycanlı tələbələrin cənazələri ölkəyə sabah gətiriləcək

REDAKTORUN SEÇİMİ

272

15.02.2023, 11:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cənazələri fevralın 16-da ölkəyə gətiriləcək".

Bu barədə Oxu24.com-un  sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb:

"Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub".

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.