Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
285
14.02.2023, 12:12
"Tələbələrlə bağlı hələ ki, yeni məlumat yoxdur. Bir az əvvəl Samirin qardaşı ilə danışırdım, dedi, məlumat yoxdur, çalışırlar. Məsələ belədir ki, orada bina yerə batıb, torpaqdır, tunel qazırlar, o tunel də çökür, gedib çata bilmirlər. O da xilasedicilər üçün təhlükəlidir. İndi müəyyən aparatlar uşaqların qaldığı yer müəyyənləşdirilir, sadəcə hələ ora çata bilmirlər".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Türkiyədə itkin düşən azərbaycanlı tələbə Samir Quliyevin qohumu Ramal Şəmşədli deyib.
"Dünən fikirləşirdilər ki, hamısı çıxarılacaq, axtarış da dayanacaq. Amma dünən hamısını çıxarmaq mümkün olmadı. Deyilir ki, bu gün axşama bəlkə yekunlaşar, axtarış da dayanar. İndi gözləyirik ki, bu gün nə xəbər olacaq.
Deyilmişdi ki, orada hərəkətlilik görünür, canlı nəsə var, hərəkət edir, amma kim və ya nə olduğu bilinmir. Biz yenə də ümidlə gözləyirik ki, bəlkə bir möcüzə olar”.
Ramal Şəmşədli həmçinin tələbələrin həmin binada olmaması fikrinə də aydınlıq gətirib:
"Elə şey mümkün deyil, çünki həmin gecə saat 12-də, 1-in yarısında uşaqlarla danışılıb, evdə olublar. Onlar da elə uşaqlardır ki, gecə çıxıb harasa getsinlər, gəzməyə çıxsınlar, belə işləri olmayıb. Ona görə də, həmin evdə olublar”.
09:16 / 06 Oktyabr 2026
1
23:49 / 05 Oktyabr 2026
264
23:42 / 05 Oktyabr 2026
146
23:42 / 05 Oktyabr 2026
160
23:32 / 05 Oktyabr 2026
122
23:22 / 05 Oktyabr 2026
179
22:49 / 05 Oktyabr 2026
133
22:33 / 05 Oktyabr 2026
190
22:23 / 05 Oktyabr 2026
176
22:09 / 05 Oktyabr 2026
178
22:02 / 05 Oktyabr 2026
167
21:57 / 05 Oktyabr 2026
109
21:53 / 05 Oktyabr 2026
458
21:50 / 05 Oktyabr 2026
4934
21:45 / 05 Oktyabr 2026
3847
21:40 / 05 Oktyabr 2026
92
21:37 / 05 Oktyabr 2026
89
21:26 / 05 Oktyabr 2026
90
21:18 / 05 Oktyabr 2026
98
21:11 / 05 Oktyabr 2026
87
21:05 / 05 Oktyabr 2026
124
20:59 / 05 Oktyabr 2026
148
20:53 / 05 Oktyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.