Qaynar xətt:

(+99450) 247 90 86

Yeni öldürücü virus yayıldı:Siçan nəcisindən insanlara keçir

Yeni öldürücü virus yayıldı:Siçan nəcisindən insanlara keçir

REDAKTORUN SEÇİMİ

707

13.02.2023, 23:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması epidemiyasında həyatını itirənlərin sayı 53-ə yüksəlib.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, ölkədə yanvarın 1-dən bəri 18 ştatda, eləcə də paytaxt Abucada 361 yoluxma aşkarlanıb.

Bu dövrdə epidemiyada həyatını itirənlərin sayı 53-ə yüksəlib, 217 nəfər epidemiya səbəbindən xəstəxanalara yerləşdirilib.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Hər il quraqlıq dövrünün yaşandığı noyabr-may aylarında artan Lassa qızdırması epidemiyasında ötən il 989 hadisə aşkarlanıb, 178 nəfər dünyasını dəyişib.

Bu xəstəlik  ilk dəfə Nigeriyada 1969-cu ildə Borno əyalətində aşkar edilmişdir.

 

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilir və ölümcül hemorragik qızdırma yaradır.

Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaq barədə xəbərdarlıq edib.

 

Tərcümə: Nigar