Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
628
13.02.2023, 23:03
Ukraynada Rusiyadan olan krimanal aləmin tanınmış üzvləri öldürülüb.
Oxu24.com Ukrayna mediasına istinadən xəbər verir ki, Bellingcat araşdırma layihəsi Ukraynada Rusiyadan olan ən azı üç kriminal avtoritetinin öldüyünü müəyyən edib.
Onlar cinayətlərini 1990-2000-ci illərdə törədiblər, uzun müddətə azadlıqdan məhrum ediliblər, sonra isə Vaqner PMC-də işə götürülüb Ukraynaya gediblər.
Ukraynada məhv edilən krimanal avtoritetlərdən biri Saratov vilayətindəki Balakovodan olan Andrey Berejnıxdır. O, 1994-cü ildə bazarın direktoruna sürücü kimi işə düzəlir və direktoru öldürüləndən sonra qisas almaq qərarına gəlir.
Zamanla Berejnıx qatillər dəstəsinin lideri oldu. Məhkəmə Berejninin iştirak etdiyi on qətli sübut edə bildi. 2012-ci ildə o, 25 il həbs cəzası alıb. Onun Ukraynada ölümü 2023-cü il yanvarın əvvəlində məlum olub.
Ukraynada öldürülən digər avtoritet “Maks” ləqəbli Sergey Maksimenkodur.
1990-cı illərin ortalarında o, Olimpiya dəstəsinə qoşuldu və iki dəfə karate üzrə Rusiya çempionu olub. Dəstə reket, qəsb, dələduzluq və qətllə məşğul olurdu. Maksimenko 2014-cü ildə 25 il cəza aldı. O, dekabrın sonunda Ukraynada öldürülüb, yanvarın 4-də Penzada dəfn edilib.
Digər kriminal avtoritet Nijnekamskdan olan 55 yaşlı İqor Kusk Əfqanıstan müharibəsi veteranıdır.
Xidmət etdikdən sonra sifarişli qətllər üzrə ixtisaslaşmış Kuskovski qrupunu yaratdı. 2015-ci ildə ona 23 il müddət həbs verildi, məhkəmə cəzanı yüngülləşdirən hal kimi Kuskun veteranlar təşkilatlarında fəal olmasını, həmçinin bədən tərbiyəsi və ilkin hərbi hazırlıq dərsi keçməsini göstərdi. Onun Ukraynada ölüm tarixi məlum deyil. O, doğma Nijnekamsk qəbiristanlığının qəhrəmanlar xiyabanında dəfn edilib.
Rusiya tərəfi onların öldürülməsi iə bağlı rəsmi açıqlama yaymayıb.
Tərcümə:Miri Məcidli

09:37 / 06 Oktyabr 2026
28
09:36 / 06 Oktyabr 2026
37
09:22 / 06 Oktyabr 2026
58
09:19 / 06 Oktyabr 2026
50
09:18 / 06 Oktyabr 2026
37
09:16 / 06 Oktyabr 2026
39
23:49 / 05 Oktyabr 2026
303
23:42 / 05 Oktyabr 2026
157
23:42 / 05 Oktyabr 2026
161
23:32 / 05 Oktyabr 2026
127
23:22 / 05 Oktyabr 2026
187
22:49 / 05 Oktyabr 2026
136
22:33 / 05 Oktyabr 2026
195
22:23 / 05 Oktyabr 2026
178
22:09 / 05 Oktyabr 2026
178
22:02 / 05 Oktyabr 2026
171
21:57 / 05 Oktyabr 2026
109
21:53 / 05 Oktyabr 2026
487
21:50 / 05 Oktyabr 2026
5097
21:45 / 05 Oktyabr 2026
4111
21:40 / 05 Oktyabr 2026
94
21:37 / 05 Oktyabr 2026
91
21:26 / 05 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.