Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82564
az

“Trans Səbiş” və iki dostu saxlanıldı

12:5913 Fevral, 2023
937
REDAKTORUN SEÇİMİ
  • A
Quldurluq və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. Manset.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan biri əvvəllər məhkum olunmuş Qismət Soltanov sosial şəbəkələrdə "Trans Səbiş" ləqəbi ilə tanınan cinsi azlıq nümayəndəsidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ