Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2044
09.02.2023, 18:54
Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevə hökm oxunub və o, ömürlük azadlıqdan məhrum edilib.
Oxu24.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda elan edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən ilin fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki övladı ilə birgə qətlə yetirilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib.
Həmin şəxsin evdən apardığı pulun bir hissəsi kimi 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
Qeyd edək ki, Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb. .
20:28 / 06 Oktyabr 2026
1
20:19 / 06 Oktyabr 2026
23
20:13 / 06 Oktyabr 2026
40
20:09 / 06 Oktyabr 2026
43
19:56 / 06 Oktyabr 2026
47
19:51 / 06 Oktyabr 2026
43
19:49 / 06 Oktyabr 2026
50
19:44 / 06 Oktyabr 2026
56
19:37 / 06 Oktyabr 2026
371
19:36 / 06 Oktyabr 2026
49
19:35 / 06 Oktyabr 2026
130
19:27 / 06 Oktyabr 2026
91
19:20 / 06 Oktyabr 2026
63
19:18 / 06 Oktyabr 2026
78
19:15 / 06 Oktyabr 2026
78
18:55 / 06 Oktyabr 2026
56
18:47 / 06 Oktyabr 2026
71
18:42 / 06 Oktyabr 2026
86
18:33 / 06 Oktyabr 2026
1340
18:25 / 06 Oktyabr 2026
74
18:18 / 06 Oktyabr 2026
75
18:10 / 06 Oktyabr 2026
66
18:07 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.