Allah o qədər gözəl nemətlər verib ki bizə! Sadəcə, biz bu nemətləri dəyərləndirmirik, doğru vaxtda istifadə etmirik. Xəstəliklərin canımızı əsarətinə alması, bəlkə də, buna görədir. Bu videoda sizə elə bir bitkidən bəhs edəcəm ki, bu bitki həqiqətən min bir dərdin dərmanıdır.
Tut yarpağı da tutun özü qədər insan sağlamlığına faydalıdır. Tərkibində süddən 25 dəfə çox kalsium, ispanaqdan 10 dəfə çox dəmir var. Yarpaqları qaynadaraq hazırlanan çay bir çox xəstəliklərə müalicəvi təsir edir. Ümumiyyətlə, tut yarpağından müxtəlif məqsədlərlə istifadə edilir.
Tut yarpağı çayı eqzemanın müalicəsində üz tutulan vasitələrdəndir. Qaraciyər problemləri olanlara gündə 3 dəfə tut yarpağı çayı içilməsi tövsiyə edilir. Gün ərzində 2 stəkan tut yarpağı çayı içmək orqanizmə gümrahlıq qazandırır, onun xəstəliklərə qarşı müqavimət gücünü artırır. Aparılan araşdırmalara görə, tut yarpağından əldə edilən məhlul “fil xəstəliyi”nə müalicəvi təsir edir. Bu məhlulla ağız boşluğu qarqara edildikə, diş ağrılarını kəsir. Tut yarpağı çayının bir xüsusiyyəti də sakitləşdirici kimi çıxış etməsidir.
Tut yarpağı çayının hazırlanması.
`2 xörək qaşığı qurudulmuş tut yarpağını 1 litr qaynar suya əlavə edin. Qabı isti örtüklə örtün və 2 saat dəmlənməyini gözləyin. Gün ərzində fasilələrlə bu çayı için. Yeməkdən əvvəl içildikdə faydalılıq dərəcəsi daha yüksək olur. Tutun sağlamlığa olan faydaları haqqında çox eşitmiş olarsınız. Bu istiqamətdə tut yarpağı da tutun özündən geri qalmır.
Tut yarpağının faydaları bunlardır:
Qızdırmanı salır; tut yarpağı çayını için və qızdırmanı qısa zamanda saldığının şahidi olun.
Sidikqovucudur; bu da orqanizmdəki şişkinliklərdən yaxa qurtarmağa kömək edir.
Qanda şəkərin səviyyəsini nizamlayır;
Ürəyin sağlamlığını qoruyur; tut yarpaqlarını qızılgül ləçəkləri ilə birgə qaynadaraq ürəyə faydalı məhlul hazırlaya bilərsiniz. Məhlulu gün ərzində, otaq temperaturunda için.
Boğaz ağrılarına və bronxitə müalicəvi təsir edir; səhər acqarına və axşam yeməyindən qabaq tut yarpağı çayı içmək yetərlidir.
Qaraciyərə faydalıdır; tut yarpağı qaraciyər hüceyrələrini təmizləyir.
Eqzemanı sağaldır;
Antioksidant mənbəyidir; ölçülü şəkildə qəbul edildikdə, orqanizmdəki sərbəst radikalların hərəkətlərini məhdudlaşdırır.
Ağrıkəsicidir;
Həzmi asanlaşdırır; tut meyvəsi kimi, yarpağı da həzm sisteminin işini yaxşılaşdırır.
Qəbizliyi aradan qaldırır; qarında anidən yaranan spazmaları yox edir, onları yaradan səbəblərin önünə keçir.
Qan azlığında istifadə edilir; tərkibindəki dəmir sayəsində istər tut olsun, istər tut yarpağı çayı, qan azlığı problemini həll edir.
Vitamin deposudur; A, C, K vitaminlərinə malikdir. Bol miqdardakı kalsium isə sümüklərin sağlamlığının təminatçısıdır.
Revmatizm ağrılarını azaldır;
Dəri problemlərini aradan qaldırır; tut yarpağından hazırlanan qatı məhlulu zədəli nahiyələrə çəkin və bir müddət gözləyin. Müsbət nəticənin şahidi olmaqda gecikməyəcəksiniz.
Tut yarpağı necə qurudulur?
May-avqust ayları arasında yığılan tut yarpaqları gün düşməyən, kölgəli yerdə sərilməlidir. Az-az suyu çəkiləcək və quruyacaq. Çalışın ki, yarpaqlar tək-tək, yan-yana düzülsün. Üst-üstə yığılan yarpaqlar ya yaxşı qurumur, ya da kiflənir. Birbaşa günəşin altında qurudulmur. Çünki günəş şüaları bəzi vitaminlərin itirilməsinə səbəb olur.
Tut yarpağının zərəri varmı?
Tərkibində minerallar, vitaminlər və təbii birləşmələr olan tut yarpağının müəyyən edilmiş əks təsiri yoxdur. Lakin şəkərli dibaetdən əziyyət çəkirsinizsə, müəyyən bir dərman preparatı istifadə edirsinizsə, ya xəstəliklə, ya da dərmanla qarşılıqlı təsir yarana bilər. Ona görə də, şəkər xəstələri tut yarpağından istifadə etməmişdən əvvəl həkimlə məsləhətləşsə, yaxşı olar.
Hamilələr və ya süd verən analar da tut yarpağı ilə ehtiyatlı davranmalı, onun qəbulunu həkim nəzarətində həyata keçirməlidirlər.
Tut yarpağının saxlanması.
Qurudulmuş yarpaqları gün işığı düşməyən, sərin və rütubətsiz bir yerdə saxlamaq lazımdır.
Oxu24.com
ŞƏRHLƏR