Qaynar xətt:

(+99450) 247 90 86

Kanaldan meyiti tapılan şəxs görün kim imiş:1 il əvvəl...

Kanaldan meyiti tapılan şəxs görün kim imiş:1 il əvvəl...

REDAKTORUN SEÇİMİ

407

06.02.2023, 17:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yevlaxda ötən il itkin düşmüş şəxsin meyiti tapılıb.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Belə ki, ötən il rayon sakini 1983-cü il təvəllüdlü Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ