Qaynar xətt:

(+99450) 247 90 86

İsrail prezidentinin həyatını xilas edən azərbaycanlı - VİDEO

İsrail prezidentinin həyatını xilas edən azərbaycanlı - VİDEO

REDAKTORUN SEÇİMİ

548

03.02.2023, 14:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Prezidentinin sarayına terror hücumunun qarşısını tək başına, silahsız alan azərbaycanlı gənc-Cəlal Hüseynovdur.

Oxu24.com  “ATV Xəbər”ə istinadən məlumat verir ki, 9-cu sinifdən sonra təhsilini İsraildə davam etdirən Cəlal, hərbi xidmətini də hazırda həmin ölkədə yerinə yetirir.

İsrail prezident sarayının mühafizəsini həyata keçirən Cəlal Hüseynov saraya hücum etmək istəyən terror qrupunu tək başına, silahsız zərərsizləşdirməyi bacarıb.

İsrail prezidenti bir günün içində İsrailin qəhrəmanına çevrilmiş Cəlalı yetişdirən ana ilə görüşüb, təşəkkür etmək istəyir.

Buna görə də İsrail prezidenti, Nüşabə xanımın xüsusi qonaq qismində İsrailə təşrif buyurması ilə bağlı dəvət göndərir. İsraildən göndərilmiş xüsusi təyyarə ilə yola düşən Nüşabə Əliyeva bir həftəlik İsrail səfərini xoş təəssüratlarla xatırlayır.

Qeyd edək ki, Nüşabə Əliyeva hazırda 3-saylı “ASAN xidmət” mərkəzinin natariat bölməsində çalışır.