Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
623
03.02.2023, 11:18
Lənkəranda gözəllik salonunda 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollar aşkarlanıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.
Əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Lənkəran rayon sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılarkən onlardan ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 9 kiloqram 224 qram heroin, 2 kiloqram 330 qram metamfetamin və 23 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-də aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginasları şəxsiyyəti istintaqla araşdırılan “Əfşin” adlı İran vətəndaşından satışını təşkil etmək məqsədi ilə əldə ediblər. Daha sonar İ.Məmmədova həmin narkotik vasitə və saxta əsginasları özünün işlətdiyi, Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib.
Keçirilən digər əməliyyatla isə rayonun Göyşaban kənd sakini Ramiz Fərzullazadə saxlanılıb. Ondan heroin, nömrəsi silinmiş “Mosin” markalı yivli karabin və 3 ədəd patron aşkarlanaraq götürülüb.
Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 nəfər saxlanılıb. Onlardan 29 kiloqram narkotik vasitə, o cümlədən 23 kiloqram heroin, 3,5 kiloqram marixuana və 2,5 kiloqram metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
16:45 / 08 Oktyabr 2026
1
16:35 / 08 Oktyabr 2026
25
16:34 / 08 Oktyabr 2026
7
16:30 / 08 Oktyabr 2026
42
16:27 / 08 Oktyabr 2026
39
16:03 / 08 Oktyabr 2026
137
15:55 / 08 Oktyabr 2026
66
15:32 / 08 Oktyabr 2026
856
15:30 / 08 Oktyabr 2026
680
15:16 / 08 Oktyabr 2026
117
15:15 / 08 Oktyabr 2026
72
15:10 / 08 Oktyabr 2026
61
15:00 / 08 Oktyabr 2026
101
14:54 / 08 Oktyabr 2026
362
14:46 / 08 Oktyabr 2026
63
14:43 / 08 Oktyabr 2026
75
14:40 / 08 Oktyabr 2026
82
14:15 / 08 Oktyabr 2026
88
14:05 / 08 Oktyabr 2026
80
14:00 / 08 Oktyabr 2026
73
13:55 / 08 Oktyabr 2026
73
13:47 / 08 Oktyabr 2026
8805
13:34 / 08 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.