Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
342
20.01.2023, 17:08
Qərb ölkələrinin Ukraynaya dəstək bəyanatları verdiyi bir vaxtda "The Washington Post" maraqlı iddia ilə çıxış edib.
Oxu24.com xəbər verir ki, qəzetin iddiasına görə, adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Ukrayna lideri Volodimir Zelenski ilə gizli görüş keçirdiyini açıqlayıb.
Məlumata görə, Börns ötən həftə gizli şəkildə Kiyevə gedib.
O, Rusiyanın növbəti addımları və planlaşdırılan hücumları ilə bağlı ABŞ kəşfiyyatının əldə etdiyi məlumatları Ukrayna lideri ilə bölüşüb.
Gizli görüşdə Zelenski ABŞ və Qərbin yardımı ilə bağlı narahatlığını MKİ direktoru ilə bölüşüb. ABŞ-ın dəstəyini davam etdirməyi planlaşdırdığını bildirən Börns bu yardımların bir nöqtədə çətinləşəcəyini vurğulayıb.
Gizli görüşlə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, ABŞ bu yaxınlarda Ukraynaya verilməsi nəzərdə tutulan zirehli texnika və hava hücumundan müdafiə sistemlərinin daxil olduğu 2,5 milyard dollarlıq yeni yardım paketini elan edib.
ABŞ Müdafiə Nazirliyi Pentaqon Ukraynaya göndəriləcək yeni paketə 59 Bradley zirehli maşını, 90 Stryker personal daşıyıcısı və Avenger hava hücumundan müdafiə sistemlərinin daxil olduğunu açıqlayıb.
Pentaqon bəyan edib ki, yeni yardımın Rusiyanın artam hava hücumlarının qarşısını almağa kömək edəcəyi gözlənilir. ABŞ indiyədək Ukraynaya 26,7 milyard dollarlıq dəstək verib.
Bundan başqa, İngiltərə, Polşa, Latviya, Litva, Danimarka, Çexiya, Estoniya, Hollandiya və Slovakiya da Kiyevə daha çox dəstək verəcəklərini açıqlayıblar.
19:25 / 09 Oktyabr 2026
7
19:20 / 09 Oktyabr 2026
23
19:15 / 09 Oktyabr 2026
26
19:08 / 09 Oktyabr 2026
35
18:59 / 09 Oktyabr 2026
38
18:50 / 09 Oktyabr 2026
38
18:46 / 09 Oktyabr 2026
42
18:35 / 09 Oktyabr 2026
59
18:22 / 09 Oktyabr 2026
76
18:21 / 09 Oktyabr 2026
53
18:10 / 09 Oktyabr 2026
68
17:55 / 09 Oktyabr 2026
75
17:47 / 09 Oktyabr 2026
90
17:39 / 09 Oktyabr 2026
105
17:36 / 09 Oktyabr 2026
386
17:23 / 09 Oktyabr 2026
80
16:59 / 09 Oktyabr 2026
112
16:55 / 09 Oktyabr 2026
123
16:40 / 09 Oktyabr 2026
78
16:34 / 09 Oktyabr 2026
558
16:28 / 09 Oktyabr 2026
108
16:19 / 09 Oktyabr 2026
98
16:17 / 09 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.