Qaynar xətt:

(+99450) 247 90 86

Bu avtomobilləri dövlətə təhvil verməklə PUL ALA BİLƏCƏKSİNİZ

Bu avtomobilləri dövlətə təhvil verməklə PUL ALA BİLƏCƏKSİNİZ

REDAKTORUN SEÇİMİ

318

20.01.2023, 13:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. Eyni zamanda yollarda xeyli sayda istismar müddətini başa vurmuş maşınları görmək mümkündür.

 

Oxu24.com  xəbər verir ki, bu avtomobillərin bir çox fəsadları var.

 

Ekoloq İslam Mustafayev aztv-yə bildirib ki, Azərbaycanda havanın çirklənməsində avtomobil, nəqliyyat sektorunun payı 80 faizdən çoxdur: "Mühüm məsələ budur ki, avtomobillərin normal istismar müddəti bitib. Bu da dəm qazı, karbohidrogenlər, azotoksidlərin və digər qazların sürətli və böyük həcmdə buxarılması ilə nəticələnir".

 

Sözügedən avtomobillərin ekoloji vəziyyətə göstərdiyi mənfi təsir getdikcə artmaqdadır. Bundan əlavə ölkədə yol qəzalarının 70 faizi məhz bu avtomobillərin payına düşür. Nəzərə alsaq ki, köhnə maşınları qadağan etmək mümkün deyil, problemin həlli yolları maraqla gözlənilir.

 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bəzi avtomobillər ekoloji cəhətdən öz dövrünü çoxdan başa vurub: "Çoxlu yanacaq işlədirlər, tullantı qazlarının miqdarı qüvvədə olan heç bir standarta uyğun deyil. Bu maşınların yollarda olması qəzaların başvermə riskini artırır".

 

Nəzərə almaq lazımdır ki, istismar müddəti başa çatmış avtomobillər həm ekologiyaya zərər vurur, həm də sürücülərin ciblərinə də ziyandır. Belə olan halda köhnə avtomobillərin utilizasiyası prosesi gündəmə gəlir. Vətəndaşlar bəhs etdiyimiz avtomobilləri dövlətə təhvil verməklə həm yeni avtomobil almaq üçün şans qazanacaq, həm də ekologiyanın çirklənməsinin qarşısını alacaqlar.

 

Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir. Məsələnin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərilib.

 

 

 

Nazirlikdən cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:

 

"Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

 

Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.

 

Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək".

BAKU.WS 

 

 

Finlandiya niyə dünyanın ən xoşbəxt ölkələrindən biridir? Sirr məktəblərdədir!  

18:35 / 09 Oktyabr 2026

DÜNYA DÜNYA

Finlandiya niyə dünyanın ən xoşbəxt ölkələrindən biridir? Sirr məktəblərdədir!  

74

0
Yol nişanını görməyən sürücü cərimədən azad edilə bilərmi? – AÇIQLAMA  

18:22 / 09 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Yol nişanını görməyən sürücü cərimədən azad edilə bilərmi? – AÇIQLAMA  

109

0
Sumqayıtda ŞOK OLAY: 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ 

18:21 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda ŞOK OLAY: 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ 

78

0
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi kimlərə şamil olunacaq? - Detallar AÇIQLANDI  

18:10 / 09 Oktyabr 2026

HÜQUQ HÜQUQ

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi kimlərə şamil olunacaq? - Detallar AÇIQLANDI  

76

0
Moskvada dron hücumları səbəbindən 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib  

17:55 / 09 Oktyabr 2026

DÜNYA DÜNYA

Moskvada dron hücumları səbəbindən 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib  

82

0
Abşeronda binada güclü yanğın - FOTOLAR  

17:47 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abşeronda binada güclü yanğın - FOTOLAR  

97

0
Hicablı qadınlara cəmiyyətdə heç bir ayrı- seçkiliyin kiçik bir elementi belə yoxdur

17:39 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hicablı qadınlara cəmiyyətdə heç bir ayrı- seçkiliyin kiçik bir elementi belə yoxdur

120

0
Nazirlikdən pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA 

17:36 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlikdən pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA 

486

0
Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir - TƏHLİL 

17:23 / 09 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir - TƏHLİL 

87

0
Məktəbdə şagird özünü necə aparmalıdır? Fəlsəfə doktoru ilə MÜZAKİRƏ

16:59 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məktəbdə şagird özünü necə aparmalıdır? Fəlsəfə doktoru ilə MÜZAKİRƏ

132

0
Sürücülərin DİQQƏTİNƏ! Bunu səhvi etsəniz,avtomobilin mühərriyi sıradan çıxacaq

16:55 / 09 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sürücülərin DİQQƏTİNƏ! Bunu səhvi etsəniz,avtomobilin mühərriyi sıradan çıxacaq

130

0
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb 

16:40 / 09 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb 

84

0