Qaynar xətt:

(+99450) 247 90 86

Krediti olanlara mühüm xəbər,dəyişiklik var (VİDEO)

Krediti olanlara mühüm xəbər,dəyişiklik var (VİDEO)

REDAKTORUN SEÇİMİ

702

19.01.2023, 22:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

  Oxu24.com  "Xəzər" TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar İskəndərov deyib ki, kreditlərin qaytarılmasında müəyyən problemlər yaşanır, ödəniş müddətində gecikmə qeydə alınır.

Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.

Millət vəkili deyib ki, dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirə edilib:

 

“Dəyişikliklər bu sahədəki problemləri aradan qaldırmağa istiqamətlənib”.