Qaynar xətt:

(+99450) 247 90 86

Tiktokda polisləri təhqir edən gəncin saçını kim qırxıb? - Foto

Tiktokda polisləri təhqir edən gəncin saçını kim qırxıb? - Foto

REDAKTORUN SEÇİMİ

495

18.01.2023, 15:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tiktok sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gəncin tutularaq ona qarşı aşağılayıcı hərəkətlər edildiyi bildirilir.
 
 
Oxu24.com  xəbər verir ki, hadisə ilə bağlı fotolar sosial şəbəkədə yayılıb.
 
Bildirilib ki, Tiktokda həmin şəxs saxlanıldıqdan sonra onun uzun saçları yığılmış və qırxılmış formada fotoları çəkilib.
Hadisənin nə vaxt və hansı ərazidə baş verməsi hələlik açıqlanmayıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fotosu yayılan şəxsin görüntüləri polis orqanlarında çəkilməyib: “Görüntülər hansısa şəxs və ya şəxslərin özfəaliyyətidir. Məsələ araşdırılır”.