Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya yeni qərar qəbul etdi: Bu şəxslər Rusiyaya buraxılmayacaq

SON DƏQİQƏ! Rusiya yeni qərar qəbul etdi: Bu şəxslər Rusiyaya buraxılmayacaq

REDAKTORUN SEÇİMİ

729

17.01.2023, 18:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib.

 

Oxu24.com  xəbər  verir  ki, Agentliyin saytında verilən məlumata görə, sanksiya Avropa İttifaqının anti-Rusiya sanksiyalarının doqquzuncu paketinə cavab olub.

 

"2022-ci il dekabrın 16-da Aİ ölkələri doqquzuncu sanksiya paketini qəbul edib. Biz Aİ-nin bu cür hərəkətlərini qeyri-legitim hesab edirik, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi preroqativlərini pozur", - deyə sənədin mətnində qeyd edilir.

Rusiya Xarici İşlər Nazirliyinin məhdudiyyətləri altında Avropa ölkələrinin güc strukturlarında yüksək vəzifə tutan şəxslər, habelə Ukraynaya hərbi yardım göstərmək üzrə Aİ missiyasının tərkibində Ukrayna Silahlı Qüvvələrinin hazırlanmasında iştirak edən şəxslər düşüb.

Ukraynaya silah və hərbi texnika istehsalı və tədarükü ilə məşğul olan Avropa dövlət və kommersiya strukturlarının rəhbərliyinə də Rusiya Federasiyası ərazisinə giriş qadağan edilib.

Bundan əlavə, Xarici İşlər Nazirliyi sistematik olaraq Rusiya əleyhinə açıq şəkildə çıxış edən Aİ vətəndaşlarına münasibətdə Rusiya Federasiyasına səfərə qadağa qoyub. Məhdudiyyətlər 2022-ci il noyabrın 23-də keçirilən iclasda “Rusiya Federasiyasının terrorizmin himayədarı dövlət kimi tanınması haqqında” qətnaməni təsdiqləyən Avropa Parlamentinin ayrı-ayrı üzvlərinə də şamil edilib.

Departament vurğulayıb ki, Qərbin qeyri-dost hərəkətləri bundan sonra da Rusiyanın vaxtında və adekvat cavabı ilə yadda qalacaq.

 

Tərcümə: Miri Məcidli