Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80671
az

68 nəfər təyyarədə belə öldü - Qəza anı salondan çəkilmiş dəhşətli VİDEO

10:5616 Yanvar, 2023
336
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər  verdiyimiz  kimi   dünən  Nepalın paytaxtı Katmandudan Poxaraya uçan Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsi Seti çayı vadisi yaxınlığında qəzaya uğrayıb.

Oxu24.com  xarici  mediaya  istinadən  xəbər  verir   ki, Yerli vaxtla saat 10:33-də Nepalın paytaxtı Katmandudan 4-ü ekipaj olmaqla  72 nəfərlə havaya qalxan Yeti Hava Yollarına məxsus iki mühərrikli ATR 72 tipli sərnişin təyyarəsi Pokhara hava limanına enərkən 68 nəfər qəzaya uğrayıb. Bildirilib ki, təyyarədə 5 Hindistan, 4 Rusiya, 2 Cənubi Koreya və 53 Nepal vətəndaşı, həmçinin İrlandiya, Avstraliya, Argentina və Fransadan olan hər biri 1 nəfər olub.

Təyyarə qəzasının hindistanlı sərnişin tərəfindən lentə alındığı video yayılıb. Hindistan mətbuatında çıxan xəbərdə adı Sonu Jaiswal olaraq bildirilən sərnişinin təyyarənin düşmə anı sosial mediada canlı yayımla təyyarənin düşməsindən qısa müddət əvvəl lentə aldığı bildirilib. Xəbərdə o da bildirilib ki, Caisvalın ailəsi onun ölümünü təsdiqləyib.

Görüntüdə sərnişinlərin qəzadan bir neçə saniyə əvvəl kifayət qədər sakit şəkildə səyahətinə davam etdiyi, təyyarənin sola əyilməsindən az sonra qışqırıq səslərinin eşidildiyi görülüb. Saniyələr sonra təyyarənin yüksək səslə yerə çırpıldığı və alova büründüyü görülüb.

Həmin videonu  təqdim  edirik:

 

 

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü