Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
443
14.01.2023, 20:21
Prezident İlham Əliyev Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Oxu24.com xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq.
Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunacaq.
Bundan başqa, daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.
Eyni zamanda beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda notariat qaydasında təsdiq edilməlidir.
Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
10:35 / 10 Oktyabr 2026
1
10:31 / 10 Oktyabr 2026
19
10:26 / 10 Oktyabr 2026
30
10:24 / 10 Oktyabr 2026
27
10:23 / 10 Oktyabr 2026
32
09:40 / 10 Oktyabr 2026
21
02:13 / 10 Oktyabr 2026
185
00:16 / 10 Oktyabr 2026
186
23:59 / 09 Oktyabr 2026
170
23:57 / 09 Oktyabr 2026
2114
23:54 / 09 Oktyabr 2026
1150
23:51 / 09 Oktyabr 2026
222
23:49 / 09 Oktyabr 2026
113
23:44 / 09 Oktyabr 2026
154
23:39 / 09 Oktyabr 2026
197
23:27 / 09 Oktyabr 2026
1302
23:25 / 09 Oktyabr 2026
109
23:22 / 09 Oktyabr 2026
116
23:17 / 09 Oktyabr 2026
91
23:03 / 09 Oktyabr 2026
105
22:57 / 09 Oktyabr 2026
102
22:47 / 09 Oktyabr 2026
107
22:31 / 09 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.