Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza baş verib: Yaralılar var

Ağır qəza baş verib: Yaralılar var

REDAKTORUN SEÇİMİ

321

12.01.2023, 11:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında Hacıqabul-Horadiz magistral yolunun 21-ci kilometrliyində - rayonun Nərimankənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Toyota” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1966-cı il təvəllüdlü Abbasova Nailə Rəhim qızı və 1994-cü il təvəllüdlü Abbasova Könül Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)