Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
460
09.01.2023, 13:18
Ötən gecədən etibarən respublika yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç ölüm faktı qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
Onun sözlərinə görə, qarlı hava şəraiti ilə bağlı Qusar, Quba, İsmayıllı, Xızı rayonları istiqamətində avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi baş vetib.
“Bu hadisələr nəticəsində müxtəlif dərəcəli xəsarətlər olsa da, ölüm faktı qeydə alınmayıb. Gecəboyu bölgələrdə BDYPİ-nin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) çoxsaylı texnikası gecəboyu yolun təmizlənməsində iştirak edib. Eyni zamanda İsmayıllı-Şamaxı yolu yük avtomobilləri, sərnişin avtobus və mikroavtobusları üçün təhlükəli olduğundan onlara alternativ (Qaraməryəm istiqamətində) yol üzrə istiqamət verilib.
Həmçinin sərnişin avtobus və mikroavtobusları yol patrul avtomobilləri tərəfindən müşayiət edilib. Daha sonra sürüşmə ehtimalı olan yollarda nəqliyyat vasitələrinin tək-tək hərəkətinə icazə verilməyib, kortej yaradılaraq yol patrul avtomobilinin müşayiəti təşkil olunub.
Bir daha xahiş edirik ki, qeyri-sabit hava şəraitində sürücülük vərdişləri olmayan sürücülər yollara çıxmasınlar, eyni zamanda, nəqliyyat vasitələrinin texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar. Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çoxdur və nəticədə hər hansı bir yol-nəqliyyat hadisəsinə, eləcə də sıxlığa səbəb ola bilirlər”, - qurum rəsmisi vurğulayıb.(Modern.az )
Üzücü xəbər: Azərbaycan mədəniyyətinə ağır itki baş verdi
19:16 / 10 Oktyabr 2026
23
19:01 / 10 Oktyabr 2026
82
18:48 / 10 Oktyabr 2026
60
18:31 / 10 Oktyabr 2026
55
18:21 / 10 Oktyabr 2026
59
18:09 / 10 Oktyabr 2026
70
17:42 / 10 Oktyabr 2026
99
17:34 / 10 Oktyabr 2026
99
17:30 / 10 Oktyabr 2026
88
16:47 / 10 Oktyabr 2026
94
16:31 / 10 Oktyabr 2026
114
15:59 / 10 Oktyabr 2026
1143
15:55 / 10 Oktyabr 2026
146
15:29 / 10 Oktyabr 2026
127
15:23 / 10 Oktyabr 2026
172
15:15 / 10 Oktyabr 2026
187
15:14 / 10 Oktyabr 2026
127
15:05 / 10 Oktyabr 2026
134
14:55 / 10 Oktyabr 2026
320
14:37 / 10 Oktyabr 2026
1706
14:34 / 10 Oktyabr 2026
126
14:28 / 10 Oktyabr 2026
7766
14:09 / 10 Oktyabr 2026
567
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.