Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna ABŞ-dan alınan pullarla bağlı hesabat verib

Ukrayna ABŞ-dan alınan pullarla bağlı hesabat verib

REDAKTORUN SEÇİMİ

225

09.01.2023, 10:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna ABŞ-dan aldığı yardımlarla bağlı hesabat verib.

Oxu24.com xəbər  verir  ki, Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova CBS telekanalına müsahibəsində bildirib ki, Ukrayna ABŞ-ın ayırdığı bütün vəsaitləri təyinatı üzrə istifadə edir və Vaşinqtonun verdiyi silahların harada və necə istifadə olunduğunu bilir.

Onun sözlərinə görə, Ukrayna ABŞ-dan üç növ yardım alır: büdcə, humanitar və hərbi.

“Təhlükəsizlik yardımına gəlincə, biz pul almır, mal alırıq. Və biz onlara çox minnətdarıq. Və aldığımız hər bir vasitəyə görə məsuliyyət daşıyırıq. Biz NATO sistemlərini yerdə tətbiq edirik və təqdim etməyə hazırıq, artıq məlumat veririk. Biz isə hər şeyin harada olduğunu bilirik”, - deyə Ukrayna səfiri bildirib.


Markarova qeyd edib ki, Kiyev ABŞ-ın ayırdığı bütün büdcə yardımları barədə artıq hesabat verib və hazırda audit aparılır. Onun sözlərinə görə, Ukrayna Maliyyə Nazirliyi ABŞ Konqresinin üzvlərinin tanış olduğu hesabat hazırlayıb. Diplomatın sözlərinə görə, Vaşinqton “Kiyevin pulları nəyə xərclədiyinə son dərəcə aydındır”.

“Bizə verilən hər bir ABŞ dollarından xeyirlə istifadə edir və demokratiya uğrunda birgə mübarizəmizə sərmayə qoyuruq”, - diplomat bildirib.

Tərcümə:Miri Məcidli