Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gecə saatlarında dəhşət: Qadını xüsusi amansızcasına öldürdü

Bakıda gecə saatlarında dəhşət: Qadını xüsusi amansızcasına öldürdü

REDAKTORUN SEÇİMİ

889

06.01.2023, 09:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Bu barədə  Oxu24.com-a Xətai Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.