Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80232
az

Tükürpədici hadisə: Şagird məktəbə gələn anasını öldürdü - ŞOK VİDEO

22:3505 Yanvar, 2023
1510
REDAKTORUN SEÇİMİ
  • A

Türkiyədə uşaq anasını güllələyib.

Oxu24.com "İxlas"a istinadən  xəbər  verir   ki, Samsunda ərindən boşanan 3 uşaq anası qəyyumluğu atasında olan iki övladının təhsil aldığı orta məktəbə gedib. 17 yaşlı oğlan qardaşlarının yanına getdiyini öyrəndiyi anasını tapança ilə öldürüb, anasının sevgilisini isə ağır yaralayıb.

Dəhşətli hadisə Samsunun Canik rayonu Belediyeevleri Məhəlləsində yerləşən Tofiq İleri Orta Məktəbində baş verib. Əldə edilən məlumata görə, ərindən ayrılan və uşaqlarının qəyyumluğu əri Əli Ö. ilə boşanan Zerrin Büyük (50) orta məktəbdə oxuyan 2 uşağını görmək üçün məktəbə gedib. Qəyyumluğu atanın himayəsində olan övladlarını anasının görmək istədiyi məktəb rəhbərliyinin telefon zəngi üzərinə Zerrin Büyükün 17 yaşlı oğlu A.A.Ö. O, məktəbə silahla gəlib və məktəbdə anasını tapança ilə başının iki yerindən güllələyib. Məktəbin bağçasında anasının dostu olduğu iddia edilən Bilgin İ.-yə (53) başından və sağ döş nahiyəsindən atəş açan A.A.Ö. hadisə yerindən qaçaraq Soğuksu səmtindəki evlərinə gedib.

 Oğlu tərəfindən başından vurulan Zerrin Büyük aparıldığı özəl xəstəxanada dünyasını dəyişib. Bilgin İ. Təcili yardım maşını ilə Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və müalicə olunub. Bilgin İ.-nin həyatının təhlükədə olduğu öyrənilib.

Anasını və anasının dostunu tapança ilə vuran A.A.Ö. və atası Əli Ö. Samsun Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi Cinayət Büro Komandirliyi qrupları tərəfindən qısa müddətdə evlərində cinayətdə istifadə edilən silahla birlikdə tutularaq nəzarətə alındı.  İşin istintaqı davam etdirilir.

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...
Avroviziyanın filanında gərginlik: İsrail 12 xalı görün kimə verdi - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı