Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə polis qadını iş başında tutdu: Görün nə edib

Gəncədə polis qadını iş başında tutdu: Görün nə edib

REDAKTORUN SEÇİMİ

829

05.01.2023, 11:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə qadından 36 kq-dan çox narkotik maddə götürülüb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram “marixuana” da aşkar edilərək götürülüb

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.