Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Özünü öldürən şəxs görün kim imiş: Məşhur mərkəzin sahibidir

SON DƏQİQƏ! Özünü öldürən şəxs görün kim imiş: Məşhur mərkəzin sahibidir

REDAKTORUN SEÇİMİ

757

04.01.2023, 18:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Naftalan sakini odlu silahla intihar edib.
 
Oxu24.com-un APA-ya istinadən  məlumatına görə, şəhər sakini 1959-cu il təvəllüdlü Firuz Qocayev yaşadığı evdə özünə odlu silahdan atəş açıb. 64 yaşlı kişi hadisə yerinə ölüb.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  açıqlamasında bildirib ki, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə F. Qocayev ov tüfəngi ilə intihar edib.
 
Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, Firuz Qocayev Naftalan şəhərində yerləşən sanatoriyaların birinin sahibi olub.