Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda kişi meyiti tapılıb,polis yaxınlarını axtarır (18+FOTO)

Bakıda kişi meyiti tapılıb,polis yaxınlarını axtarır (18+FOTO)

REDAKTORUN SEÇİMİ

1290

04.01.2023, 13:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.

 

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

"Bu şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur".

 

 

 

Miri Məcidli