Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79975
az

90% İnsan Pomidorun İnsana Nələr Etdiyini Bilmir (VİDEO)

00:1003 Yanvar, 2023
1068
REDAKTORUN SEÇİMİ
  • A

Oynaqda ağrı, qəbizlik, öskürək, revmatizm... Bunun kimi sayacağım bir sıra xəstəlikləri pomidorla müalicə edəcəyinizi desəm, mənə inanarsınız? Məncə inanın. Çünki bu gün sizə təqdim edəcəyim pomidorla hazırlanan bir neçə resept həyatınızı dəyişəcək. Diqqətiniz məndə olsun. Videomuz başlayır.

Pomidoru çox adam sevir, amma onun orqanizmə olan faydalarından az adam xəbərdardır.  Məhz buna görə də, bu gün pomidorun faydalarından danışmağa qərar verdim. Pomidoru “universal tərəvəz” adlandırmaq olar. O, vitamin və minerallarla, liflərlə və bir çox təbii birləşmələrlə  zəngindir. Böyük miqdarda karbohidrata malikdir. A, K, B qrupu vitaminləri, fol turşusu və tiamin də pomidorun tərkibində yüksək ölçüdədir. Bir pomidor orqanizmin gün ərzində ehtiyac duyduğu C vitamininin 40%-ni təmin edir. Pomidor, həmçinin, dəmir, kalium, maqnezium,  kalium permanqanat, maqnium və fosfor qaynağıdır. Mütəmadi olaraq, pomidor yemək, yaxud pomidor şirəsi içmək qanda pis xolesterini azaldır. Öz növbəsində, pis xolesterin də damarların və ürəyin bir çox xəstəliklərinin “günahkarı”dır.

Malik olduğu dəmir, kalium və K vitamini ilə qan dövranını normallaşdıran pomidor  təzyiqi də stabilləşdirir, qanın keyfiyyətini artırır. Kalium damarlardakı gərginliyi aradan qaldırır,  qan axımının sürətini tənzimləyir, beləcə, ürəyi gücə düşməkdən qoruyur. K vitamini də  qanın təmiz olmasına və qan axımının normallaşmasına məsuldur.

Pomidor bağırsaqların sağlamlığı üçün də faydalıdır. Tərkibində liflər çoxdur. Liflərin həzm sisteminin sağlamlığına dəstək olduğunu, həzm orqanlarının əzələlərini elastikləşdirdiyini, mədə şirəsi həzmini yaxşılaşdırdığını, demək olar ki, hamı bilir.

Pomidor təkcə fiziki sağlamlığımız üçün deyil, psixi sağlamlığımız üçün də qiymətlidir. Onda serotonin hormonu vardır ki, bildiyiniz kimi, o, “xoşbəxtlik hormonu” da adlanır. Həmçinin, pomidorda tiamin də vardır. Bu komponentdəki təbii birləşmələr serotonin əmələ gətirir. Pomidoru yeyərkən insanın əhval-ruhiyyəsindəki müsbət irəliləyiş, stress vəziyyətinin azalması tərəvəzin anti-depressiya bacarığındandır.

Pomidor qazların orqanizmdən xaric olunmasını təmin edir.  100 qr pomidorda cəmi, 22 kkalori var. Bu da o deməkdir ki, sevimli tərəvəzi doya-doya yeyərkən artıq çəki almaq riskiniz yoxdur. Müntəzəm yeyilən pomidor sümük toxumalarına müsbət təsir edir. Qan xəstəlikləri zamanı köməyə çatan tərəvəz dəri xəstəliklərinin profilaktikasında da əhəmiyyətlidir. Alzeymer və digər beyin xəstəlikləri ilə üzləşənlər də rasionlarından pomidoru əksik etməməlidirlər.
Oynaqlarda ağrılar olanda…

                Resept 1:

                1 kq quru pomidor zoğu və 400 qr çobanyastığı çiçəyi götürün. İnqridientləri üyüdün. 6 litr qaynar suya əlavə edin. ağzını bağlayın və 1 saat gözlədin. Sonra qarışımı cuna ilə süzün. Ayaqlarınızı həmin suda vanna edin.

Resept 2:

                100 qr qurudulmuş pomidor zoğunun üyüdülmüşünü 400 ml qaynar suya əlavə edin. 30 dəq gözlədin. Sonra qarışıma 400 qr təbii bal  qatın, yaxşı-yaxşı qarışdırın. Ağrılar yox olanadək qarışımı ağrıyan nahiyəyə sürtməkdə davam edin.

Resept 3:

10 qr  quru pomidor zoğu və 20 qr quru atpıtrağı yarpağı götürün. İnqridientləri toz halına salın. 0,5 litr qaynar suya əlavə edin. Ağzını bağlayın və 30 dəq gözlədin. Sonra məhlulla ağrıyan nahiyəni kompres edin.

Qəbizlik zamanı.

Gün ərzində 2 dəfə, yeməkdən 15 dəqiqə əvvəl pomidor şirəsi içməklə qəbizlikdən yaxa qurtarmaq olar. Müalicə kursu 2-3 həftə davam etməlidir.

Göbələk infeksiyaları zamanı.

Resept 1:

Qurudulmuş pomidor zoğunu üyüdün.  Buna palıd yarpağı, gülümbahar yarpağı, böyürtkən və  minaçiçəyinin qurusundan ovaraq qatın. 20 qr bu qarışımdan götürüb  400 ml qaynar suya əlavə edin. Ağzını bağlayın və 30 dəq gözlədin. Sonra qarışımı cuna ilə süzün.  Zədələnmiş nahiyələri bu qarışımla gündə 5 dəfə kompres edin.

Resept 2:

Pomidor zoğu, atpıtrağı yarpağı, mayaotu çiçəyi və gülümbahar çiçəyi götürüb bir-birinə qatın. Sonra hamısını birgə üyüdün.  Qarışımdan 20 qr götürün və 400 ml qaynar suya qatın. Ağzını bağlayın, ilıqlanmasını gözləyin. 200 ml qarışıma 20 qr vazelin əlavə edin. Zədələnmiş nahiyəyə bu mazdan gündə 3-5 dəfə çəkin.Oynaqlarda ağrılar olanda…

                Resept 1:

                1 kq quru pomidor zoğu və 400 qr çobanyastığı çiçəyi götürün. İnqridientləri üyüdün. 6 litr qaynar suya əlavə edin. ağzını bağlayın və 1 saat gözlədin. Sonra qarışımı cuna ilə süzün. Ayaqlarınızı həmin suda vanna edin.

Resept 2:

                100 qr qurudulmuş pomidor zoğunun üyüdülmüşünü 400 ml qaynar suya əlavə edin. 30 dəq gözlədin. Sonra qarışıma 400 qr təbii bal  qatın, yaxşı-yaxşı qarışdırın. Ağrılar yox olanadək qarışımı ağrıyan nahiyəyə sürtməkdə davam edin.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM