Qaynar xətt:

(+99450) 247 90 86

Operativ Qərərgah açıqlama yaydı

Operativ Qərərgah açıqlama yaydı

REDAKTORUN SEÇİMİ

358

02.01.2023, 16:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 826 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 961 nəfər müalicə olunaraq sağalıb, hazırda 477 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 598, bu günə qədər isə ümumilikdə 7 432 722 test icra olunub.