Qızılı süd – yəqin ki bu sözü çoxlarınız ilk dəfə eşidir. Bu gün sizə faydası saymaqla bitməyən, xüsusilə də uşaqlar üçün əsl immunitet mənbəyi olan bir içkidən və onun evdə hazırlanma yollarından danışacam. Əminəm ki, onu içdikdən sonra bizə çox sağ olun deyəcəksiniz.
-----------
Qızıl süd nədir?
O, sarıkök, süd və az sonra təqdim edəcəyimiz bir neçə məhsulun qarışımından ibarətdir. Təkcə rəngi deyil, insan orqanizminə faydaları qızıldan da dəyərlidir. Budur, qızıl südün faydaları:
• Nəfəs yolu infeksiyalarının müalicəsində istifadə edilir. Boğaz ağrısını yüngülləşdirir.
• İmmun sistemini gücləndirir və allergiya ehtimalını minimuma salır.
• Bu qarışığın içinə bir az Hindistan qozu, yağı əlavə etsəniz möcüzəvi təsiri olacaq. Rahat yuxuya dalmağa şərait yaradır.
• Maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır
• Yağların yandırılmasını sürətləndirir. Eyni zamanda uzun müddət tox tutma qabiliyyətinə malikdir. Arıqlamağa kömək edir.
• Orqanizmi təmizləyir, bədəndə hüceyrələrin yenilənməsinə yardımcı olur.
• Toksiki maddələrin vücuddan atılmasına şərait yaradarkən, cildi gözəlləşdirir.
• Sızanaq yaranmasını əngəlləyir, var olanları isə sağaldır.
• Aybaşı sanclırınn ağrılarını azaldır.
• Qaraciyər yağlanmsına mane olur.
• Təbii ağrıkəsicidir.
Evdə hazırlanan qızıl süd resepti
Lazım olanlar:
• 2 stəkan süd (inək südü və yaxud hind qozu südü)
• 2 çay qaşığı darçın
• 2 çay qaşığı sarıkök
• 1 xörək qaşığı bal
• bir çimdik qara istiot
Hazırlanma qaydası:
Südü bir qaba töküb qızdırın, aşağı xodda olan qazın üstünə bişirdkcə qarışdırın. Üzərinə darçın, sarıkök və istiot tökün, qaynayana kimi yaxşıca qarışdırın. Bir-birni qarışana kimi qaynadın. tamamilə bir-birinə qarışandan sonra qazı söndürüb, bir az gözləyin. İlıq olanda balı əlavə edib, yaxşıca qarışdırın. Soyumamış için.
Lakin burada söhbət təmiz baldan gedir. Bal ilə hazırlayacağınız hansısa qarışımda balın tam təbii olması vacibdir. Tam təbii bal qarışımın təsir gücünü birə beş artırır, və siz daha tez nəticə əldə edirsiniz. Bu gün sizə izləyicilərimizin çoxsaylı istəklərini nəzərə alaraq, özümüzün də istifadə etdiyimiz bir balı məsləhət görəcəyik. Astara və lerik dağlarının sıx meşələrində, arıçı vidadiyə məxsus təsərrüfatda, arıların 1000dən çox şəfalı güldən əldə etdiyi bu təbii bal sizə sağlamlınızı tam geri qaytaracaq. Təqdim etdiyimiz nömrə ilə əlaqə saxlayaraq bu təbii baldan sifariş verə bilərik. Üstrəlik çatdırılma pulsuzdur
İndi də qızıl südün tərkibində istifadə olunan məhsulların ayrı ayrılıqda faydaları haqda məluymat verək6
Sarıkök - soyuqdəymə, öskürək, sinuzit, revmatik xəstəliklər və dəri xəstəliklərində istifadə edildiyi üçün hind təbabətində mühüm əhəmiyyətli bitki hesab olunur. Məhz bu səbəbdən Hindistanda və Çində sarıkök çox becərilir. Qantəmizləyici, eləcə də dəriyumşaldıcı xüsusiyyətə malik olduğu üçün sarıkökdən dəri xəstəliklərin müalicəsində tətbiq edilən kremlərin və sabunların istehsalında, kəsik və yaraların ev şəraitində müalicəsində istifadə olunur. Eyni zamanda sarıkök leykoz, mədə-bağırsaq sistemi, ağciyər, sidik-cinsiyyət orqanları, yumurtalıq, döş xərçəngi xəstəliklərinin qarşısının alınmasında profilaktik xüsusiyyətlərə malikdir. Sarıkökün antioksidant və iltihab əleyhinə malik xüsusiyyətləri Alzheymer xəstəliyi, kataraktanın əmələ gəlməsi, dağınıq skleroz, qaraciyərin zədələnməsi, infarkt, insult və bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rola malikdir.
Darçın - Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçın həzm və mədə problemlərinin həllinə kömək edir. Bir çox xəstəlik üçün xeyirli olan bu qida mütləq istehlak edilməlidir. Darçın şəkər xəstəliyi kimi bir çox problemlərlə mübarizə aparmağa kömək edir. Aparılan araşdırmalarla darçının yüksək qan təzyiqini aşağı saldığı sübut olunmuşdur. Maddələr mübadiləsini tənzimləyən təsirə malik olduğu üçün piylənməyə qarşı mübarizədə kömək edir. Göbələk, bakteriya və virusların səbəb olduğu xəstəliklərə qarşı bədən müqavimətini artıran darçın, orta əsrlərdə dərman olaraq istifadə edilmişdi. Kandida göbələyinin müalicəsində də çox təsirlidir.
Bal - Bəzi həkimlər balı orqanizm üçün "sehrli dırman" adlandırır. O, bədəndən zərərli toksinləri çıxaran əla antioksidantdır.
Arıqlamağa kömək edir.
Xolesterolu normallaşdırır. Bir ay ərzində balın müntəzəm qəbulu bədəndəki sərbəst radikalların səviyyəsini azaldır.
Yaddaşı yaxşılaşdırır.
Ürək xəstəlikləri riskini azaldır.
Tərkibindəki antioksidantlar damarların daralmasının qarşısını alır və normal qan dövranını bərpa edir.
Yuxunu gücləndirir.
Mədə ağrılarına faydalıdır. Acqarına bal istifadəsi daha faydalı sayılır. Yeməkdən sonra yeyilən balın elə bir faydası olmur.
Oxu24.com
ŞƏRHLƏR