Aydında universitet tələbəsi olan 21 yaşlı Gülçin Uçan yeni il üçün Ankaraya ziyarətə gələn böyük qardaşı Onur Uçanı sinəsindən bıçaqlayaraq öldürüb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra Gülçin Uçan həbs olunarkən, mübahisənin gənc qızın keçmiş sevgilisi üzündən başladığı öyrənilib.
Yeni il gecəsini birlikdə keçirməyi planlaşdıran ailə gecə saatlarında mübahisə etməyə başlayıb.
Qardaşı Onur Uçan ilə bacısı Gülçin arasında başlayan mübahisə davaya çevrildikdən sonra gənc qız mətbəxdən götürdüyü bıçaqla qardaşının sinəsindən bıçaqlayıb. Qardaşı aldığı zərbədən qan içində yerə yıxılıb. Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupları tərəfindən edilən nəzarətdə Onur Uçanın öldüyü müəyyən edilib.
Qətli törətməkdə şübhəli bilinən Gülçin Uçan növbətçi məhkəmə tərəfindən həbs edilib.Onun sevgilisi üstündə qardaşını öldürdüyü məlum olub.
Aynur Məcidova
Oxu24.com
ŞƏRHLƏR