Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79751
az

Orqanizmdə  baş verən  bu hallar zobun gizli əlamətləri imiş - MÜTLƏQ İZLƏYİN!

20:2929 Dekabr, 2022
515
REDAKTORUN SEÇİMİ
  • A

 Qalxanabənzər vəzi endokrin orqandır. Demək olar ki, orqanizmin bütün sisteminin işini tənzimləyən hormonları bu orqan nəzarətdə saxlayır. Boyunun ön üst hissəsində yerləşir.  Vəzi 2 hormon istehsal edir: tironin və tiroksin. Əgər bunların birində sintez problemi yaranarsa, müxtəlif xəstəliklər meydana çıxır.  Problemin qaynağı qəbul edilən bəzi preparatlar, hamiləlik, yod çatışmazlığı və ya anadangəlmə patalogiyalar ola bilər. 
 İndi isə qalxanabənzər vəzinin işində problem yaranan zaman üzə çıxan  simptomlarla tanış olaq. 
1. Çəkinin dəyişməsi.  Qalxanabənzər vəzinin işində problem yaranarsa insanlar qəfildən arıqlamağa başlayırlar.  Bu, yeyilən qidanın keyfiyyətindən asılıdır.   Hormon çatışmazlığı zamanı, adətən, insanlar artıq çəki yığır.  Hərçənd, yeyilən  yeməyin miqdarında heç bir dəyişiklik olmur.  Səbəb maddələr  mübadiləsinin önəmli dərəcədə yavaşlamasıdır.   Belə hallarda fiziki aktivlik belə, problemin öhdəsindən gəlməyə kömək etmir. Yalnız hormon səviyyəsini bərpa etməklə istənilən nəticəyə nail olmaq mümkündür. 
2. Əhval-ruhiyyənin korlanması.  Qalxanabənzər vəzi sinir sisteminə də təsir göstərir.   Hormon çatışmazlığı  ruhi düşkünlüyə, halsızlığa səbəb olur. Əksər hallarda isə, lazımsız aqressiyalar  müşahidə edilir.  Həkimlərin sözlərinə görə, insanlar çox vaxt  üzləşdikləri problemin fərqində belə, olmurlar.  Onlar elə bilirlər ki, həyat öz axarı ilə davam edir. Lakin ətrafındakılar onun psixi durumundakı kəskin dəyişiklikləri müşahidə edə bilirlər.  Həqiqətən də,  bu patalogiyanın fərqinə varmaq, elə də, asan deyil. Yeganə yol “özünü qiymətləndirmə”dir. Yəni, insan öz əhval-ruhiyyəsi barədə düşünməlidir. Əgər həyatda heç nə sizə sevinc vermirsə, səbəbsiz yerə əhvalınız korlanırsa mütəxəssisə müraciət edin. 
3. Boyun nahiyəsində diskomfort.  Qalxanabənzər vəzi boğazda yeləşdiyindən onun böyüməsini hiss etməmək mümkün deyil.   Böyümə düyünlərin yaranmasının nəticəsidir.  Bu zaman qidanı udmaqda və nəfəs almaqda çətinliklər də  meydana çıxır. Siz boğazınızda nəsə qalması hissinə də qapıla bilərsiniz. Bu hallarda həkimə müraciət etməyiniz və müalicəyə başlamağınız məsləhətdir. 
4. Dırnaqların və saçların kövrəkliyi. Qalxanabənzər vəzi hormonlarının çatışmazlığı dırnaq və saçlardan yan ötüşmür: onlar tez qırılırlar, parlaqlıqlarını itirirlər.  Çəngə-çəngə saç tökülməsi müşahidə edilir.  Rast gəlinən əlamətlər sırasında kirpik və qaşların tökülməsi də var.  Düzgün müalicə ilə hormon balansını bərpa etmək mümkündür. Balanslı  hormon orqanın bütün işini normallaşdırır. 
5. Aybaşı pozğunluğu. Qalxanabənzər vəzinin işindəki problem qadınlarda başqa bir əlamətlə-aybaşı pozğunluğu ilə də  özünü göstərir. Nəticədə, aybaşının dövriliyi pozulur, qanaxma uzunmüddətli olur, ağrılar artır. Bəli, çoxlarına normal görünsə də, bunlar qalxanabənzər vəzinin xəstəliyinin işarətləridir. Xüsusilə də, aybaşı pozğunluğu qəflətən meydana çıxırsa mütəxəssislə məsləhətləşin. Çünki bu cür-qəfil hormonal dəyişikliklərin fəsadı daha ciddi ola bilir. Qısırlıq və hamiləlik zamanı düşüklər məhz hormonal dəyişikliklərin fəsadının nəticəsidir.
6. Bədən temperaturunun dəyişməsi. Qalxanabənzər vəzinin hormonları orqanizmdə normadan artıq olduqda bədən temperaturu yüksəlir, bu da əksərən tərləmələrlə özünü göstərir. Prosesin əksi  baş verdikdə, yəni, hormonlar normadan aşağı  olduqda üşütmə, zəiflik kimi əlamətlər meydana çıxır. Qalxanabənzər vəzi bədəndəki temperatura cavabdeh olduğundan onun işinin pozulması arzuolunmaz nəticələrə gətirib çıxarır. 
7. Dərinin quruluğu. Öz-özlüyündə bu problem ciddi bir şeydən xəbər vermir. Çünki dərinin quruluğuna səbəb olan faktorlar çoxsaylıdır. Məsələn: vitamin çatışmazlığı, allergik reaksiylar və s. Əgər yuxarıda saydığımız əlamətlərlə birgə dərinin quruluğu müşahidə olunursa, o zaman qalxanabənzər vəzinin xəstəliyindən şübhələnməyə dəyər. 
8. Qəbizlik. Tiroid hormonlarının çatışmazlığı zamanı qəbizlik riski yüksəlir.Bu, onunla əlaqədardır ki, bağırsağın  sfinkter hissələri zəifləyir və onlar bağırsağın içindəki kütləni itələyə bilmir. Hormonların çox olması isə ishala gətirib çıxarır. 
9. Ürək ritminin dəyişməsi. Hormonların yüksəlməsi taxikardiya, yəni, ürək döyüntülərinin sayının artması ilə müşahidə edilir. Qalxanabənzər vəzinin hormonları ürək ritmini tənzimləyir. Ona görə də, hormonların dəyişikliyə uğrmasına paralel şəkildə ürək döyüntüləri də dəyişir.   Əksinə olaraq, hormon əksikliyi bradikardiya ilə, yəni, ürək  döyüntülərinin sayının azalması ilə nəticələnir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda həkim güllələnərək öldürüldü - FOTO/TƏFƏRRÜAT
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 5-6-da...

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...