Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
11 Oktyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
683
26.12.2022, 23:04
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biridir.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb.
Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər.
Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub.
Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək.
01:20 / 12 Oktyabr 2026
95
01:15 / 12 Oktyabr 2026
44
00:50 / 12 Oktyabr 2026
58
00:40 / 12 Oktyabr 2026
471
00:40 / 12 Oktyabr 2026
60
00:38 / 12 Oktyabr 2026
87
00:36 / 12 Oktyabr 2026
67
00:35 / 12 Oktyabr 2026
73
00:17 / 12 Oktyabr 2026
224
23:55 / 11 Oktyabr 2026
77
23:50 / 11 Oktyabr 2026
466
23:43 / 11 Oktyabr 2026
80
23:37 / 11 Oktyabr 2026
74
23:30 / 11 Oktyabr 2026
860
23:21 / 11 Oktyabr 2026
141
23:09 / 11 Oktyabr 2026
381
23:02 / 11 Oktyabr 2026
117
22:49 / 11 Oktyabr 2026
353
22:46 / 11 Oktyabr 2026
119
22:28 / 11 Oktyabr 2026
1639
22:25 / 11 Oktyabr 2026
161
22:22 / 11 Oktyabr 2026
554
22:19 / 11 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.