Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
11 Oktyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
840
26.12.2022, 22:32
Ucarda müəmmalı şəkildə yoxa çıxan sürücünün axtarışları dayandırılıb.
FHN-in və DİN-in əməkdaşlarının itkin düşən sürücü Səlyəddin Vahidovun tapılması istiqamətində həyata keçirdikləri birgə axtarışlar 3 gündür ki, davam edirdi. Axtarışlar hadisə baş verən ərazinin yaxınlığından keçən su kanalında aparılıb.
Artıq bu gündən kanalda və ətraf ərazidə axtarışlar dayandırılıb. Hazırda polis əməkdaşları ehtimal olunan digər versiyalar üzərində işləyirlər.
Sürücünün yaxınları deyir ki, polis Səlyəddin Vahidovun maşınını saxladığı zaman o maşını tərk edərək dostuna yemək və siqaret aparıb. Daha sonra isə ondan xəbər ala bilməyiblər.
Polis digər ehtimallar üzərində araşdırmaları davam etdirir.
Səlyəddin Vahidovun qaçdığı fermada sonuncu dəfə görüşdüyü Ucar rayon sakini Nazim İbrahimov şifahi olaraq bildirdi ki, gecə saat təxminən 23 radələrində Səlyəddin onun işlədiyi fermaya gəlib. Bildirdiyinə görə gündüz saatlarında Səlyəddin dən ona siqaret almasını xahiş edibmiş: “Siqareti mənə verəndə dedi ki, polis yolda mənim maşınımı saxlatdı məndə maşını qoyub gəlmişəm. İçkili olduğunu hiss etdim. Bu səbəbdən də mənim yanımda, fermada qalmağını istədim. O isə 5 dəqiqəlik məsafədə yerləşən evinə gedəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra ona zəng etdim bildirdi ki, körpünün üstü ilə evə gedir. Bu vaxt telefonda xırıltı səsi gəldi. Əlaqə kəsildi. Bir müddət sonra yenə zəng etdim. Zəng çatsa da cavab verən olmadı.”
Qeyd edək ki, dekabrın 23-ü gecə saatlarında Baş Dövlət Yol Polisinin Ucar Rayon Şöbəsinin Yol Polisi əməkdaşları nömrəsiz "İJ" markalı minik avtomobilini rayon ərazisində saxlayıblar. Sənəd təqdim etməyən sürücü hadisə yerindən qaçıb. Aparılan axtarışlar nəticəsində hadisə yerindən mobil telefon aşkar olunaraq götürülüb. Sürücü isə yoxa çıxıb. Yaxınları onun itkin düşməsi barədə polis şöbəsinə məlumat verib.
01:20 / 12 Oktyabr 2026
135
01:15 / 12 Oktyabr 2026
57
00:50 / 12 Oktyabr 2026
63
00:40 / 12 Oktyabr 2026
549
00:40 / 12 Oktyabr 2026
62
00:38 / 12 Oktyabr 2026
92
00:36 / 12 Oktyabr 2026
70
00:35 / 12 Oktyabr 2026
78
00:17 / 12 Oktyabr 2026
242
23:55 / 11 Oktyabr 2026
79
23:50 / 11 Oktyabr 2026
504
23:43 / 11 Oktyabr 2026
80
23:37 / 11 Oktyabr 2026
74
23:30 / 11 Oktyabr 2026
939
23:21 / 11 Oktyabr 2026
152
23:09 / 11 Oktyabr 2026
389
23:02 / 11 Oktyabr 2026
119
22:49 / 11 Oktyabr 2026
376
22:46 / 11 Oktyabr 2026
122
22:28 / 11 Oktyabr 2026
1690
22:25 / 11 Oktyabr 2026
163
22:22 / 11 Oktyabr 2026
589
22:19 / 11 Oktyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.