Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
11 Oktyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
459
24.12.2022, 10:21
Naxçıvan Muxtar Respublikasında son günlər baş verənlər ölkənin əsas gündəmi olmaqda davam edir. Belə ki, birinci olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 27 il rəhbərliyin ardından Vasif Talıbov səhhəti ilə bağlı problemləri əsas gətirərərk istefa verdi. Ardınca Prezident İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu. Daha sonra İlham Əliyev daha bir sərəncam imzalayaraq Fuad Nəcəflini Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.
Artıq uzun illərdir İcra hakimiyyəti strukturlarından daxil olan şikayətlər, icra başçılarının özbaşınalığı, hətta bir çoxunun həbsilə nəticələndi. Görünən odur ki, bu struktur özünü doğrultmur. Bütün bunların fonunda artıq İcra Hakimiyyəti strukturunun yavaş-yavaş aradan qalxacağı ilə bağlı fikirlər dolaşır. İddialara görə bir müddətdən sonra idarəetmədə əsaslı dəyişiklik olacaq və artıq yerlərdə İcra Hakimiyyətləri və icra başçıları olmayacaq.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hadisələrin gedişi həqiqətən də, İcra Hakimiyyətlərinin ləğvinə aparıb çıxarır:
"Əlbəttə hadisələrin gedişi göstərir ki, prespektivdə İcra hakimiyyəti srukturu aradan qalxacaq. Məsələn, bu gün rayon şöbələrinin ləğv edilib, regional idarələrin yaradılması təsadüfi deyil”.
Onun sözlərinə görə, əsas idarəetmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlikləri tərəfindən aparılacaq:
"Hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, bu idarəetmə modulu çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir” (modern.az).
01:20 / 12 Oktyabr 2026
756
01:15 / 12 Oktyabr 2026
134
00:50 / 12 Oktyabr 2026
135
00:40 / 12 Oktyabr 2026
1982
00:40 / 12 Oktyabr 2026
124
00:38 / 12 Oktyabr 2026
233
00:36 / 12 Oktyabr 2026
189
00:35 / 12 Oktyabr 2026
182
00:17 / 12 Oktyabr 2026
627
23:55 / 11 Oktyabr 2026
136
23:50 / 11 Oktyabr 2026
1124
23:43 / 11 Oktyabr 2026
93
23:37 / 11 Oktyabr 2026
90
23:30 / 11 Oktyabr 2026
3053
23:21 / 11 Oktyabr 2026
235
23:09 / 11 Oktyabr 2026
891
23:02 / 11 Oktyabr 2026
143
22:49 / 11 Oktyabr 2026
864
22:46 / 11 Oktyabr 2026
144
22:28 / 11 Oktyabr 2026
2091
22:25 / 11 Oktyabr 2026
199
22:22 / 11 Oktyabr 2026
1010
22:19 / 11 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.