Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
11 Oktyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1396
23.12.2022, 18:22
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin daha bir cinayət əməli üzə çıxıb.
Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Xidmət rəisi Füzuli Əsədovla qohumluq münasibətlərindən istifadə edərək Biləsuvar sakini Murad Qəfərzadəyə Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon şöbəsində işə qəbul etdirəcəyinə dair vəd verib.
İş yoldaşı A.Nəsirova vasitəsilə 2019-cu ilin ortalarında Muradın atası Şahəddin Qəfərovdan 10 000 min manat pul alıb.
O, Xidmət rəisinin qərarına təsir etmək imkanlarından istifadə etməklə Murad Qəfərzadəni bu vəzifəyə təyin etdirə biləcəyini deyib.
Pulu aldıqdan sonra işə qəbulla bağlı sənədləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinə təqdim edib.
Daha sonra M.Qəfərzadə həqiqətən də yanğınsöndürən kimi işə qəbul olunub.
Murad Qəfərzadənin atası Şahəddin Qəfərov dindirilmə zamanı Zaur Mirzəyevə çatdırılması üçün pulu onun dediyi şəxsə verdiyini etiraf edib. Z.Mirzəyev isə sözügedən ittihamları qəbul etmir.
Bu əmələ görə, FHN polkovnikinin ittiham olunduğu maddələr arasına Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi də əlavə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Qeyd edək ki, Zaur Mirzəyev FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun əmisi qızı ilə evlidir. F.Əsədov isə keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.
01:20 / 12 Oktyabr 2026
898
01:15 / 12 Oktyabr 2026
154
00:50 / 12 Oktyabr 2026
161
00:40 / 12 Oktyabr 2026
2424
00:40 / 12 Oktyabr 2026
143
00:38 / 12 Oktyabr 2026
262
00:36 / 12 Oktyabr 2026
217
00:35 / 12 Oktyabr 2026
198
00:17 / 12 Oktyabr 2026
753
23:55 / 11 Oktyabr 2026
144
23:50 / 11 Oktyabr 2026
1317
23:43 / 11 Oktyabr 2026
93
23:37 / 11 Oktyabr 2026
93
23:30 / 11 Oktyabr 2026
3725
23:21 / 11 Oktyabr 2026
254
23:09 / 11 Oktyabr 2026
1331
23:02 / 11 Oktyabr 2026
146
22:49 / 11 Oktyabr 2026
927
22:46 / 11 Oktyabr 2026
152
22:28 / 11 Oktyabr 2026
2195
22:25 / 11 Oktyabr 2026
208
22:22 / 11 Oktyabr 2026
1076
22:19 / 11 Oktyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.