Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: Ölənlər və yaralılar var

Dəhşətli qəza: Ölənlər və yaralılar var

REDAKTORUN SEÇİMİ

686

23.12.2022, 10:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Hadisə köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Astara rayon sakini R.Nəsirovun idarə etdiyi "KamAZ" və Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölənlər “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadədir. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.