Qaynar xətt:

(+99450) 247 90 86

Aqrokimyəvi analiz üçün hara müraciət etmək lazımdır?

Aqrokimyəvi analiz üçün hara müraciət etmək lazımdır?

REDAKTORUN SEÇİMİ

330

16.12.2022, 14:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.

Bu dəfə təqdim etdiyimi zmövzu fermerlərin tez-tez ünvanladığı sualla bağlıdır.

Aqrokimyəvi analiz üçün hara müraciət etmək lazımdır?

KTN-nin ən müasir səviyyədə qurulmuş 11 Regional Aqrokimya laboratoriyaları fermerlərin xidmətindədir (Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkaran, Səlyan, Ucar və Bərdə).

Fermerlər nümunələrini laboratoriyalara birbaşa gətirə və ya hər rayonda olan Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yaxınlaşmaqla nümunələrini Aqrokimya laboratoriyalarının nümayəndələrinə verə bilərlər.

İcbari analizdə göstərilmiş nümunələr də daxil olmaqla digər göstəricilər də analiz edildikdə qəbul olunurmu?
 

Ümumiyyətlə torpaq analizi zamanı daha çox göstəricilərin analiz olunması tövsiyə olunur. Çünki əldə olunan geniş məlumatlar tövsiyə zamanı daha dəqiq gübrə norması müəyyən etməyə imkan verir.

Ona görə də, istənilən torpaq aqrokimyəvi analiz paketi qəbul olunur. İcbari qaydada analiz edilən paket minimal tələbdir.

 

Hazırladı: Miri Məcidli