Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Rusiyanı məhv etmək üçün Ukraya o silahı verir  - MƏXFİ MƏLUMAT SIZDI

ABŞ Rusiyanı məhv etmək üçün Ukraya o silahı verir  - MƏXFİ MƏLUMAT SIZDI

REDAKTORUN SEÇİMİ

606

16.12.2022, 18:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Rusiyanın mümkün hücumuna görə Ukraynaya yeni silahlar verə bilər.

ABŞ-da Ukraynaya yeni silah növlərinin tədarükü ilə bağlı məsləhətləşmələr davam edir,

Oxu24.com xəbər  verir  ki, bu barədə  Politico  saytı müzakirələrlə tanış olan anonim mənbələrə istinadən xəbər verir.

Bu barədə söhbət Ukrayna hərbi rəhbərliyinin səsləndirdiyi məlumatlar fonunda başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, Rusiya Kiyevi ələ keçirmək üçün 200 minə yaxın əsgər hazırlayır.

Bir neçə gün əvvəl Ağ Evin “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə köçürmək istəyi məlum olub. Bundan əlavə, ABŞ Ukraynaya iki növ aviasiya sursatının verilməsi imkanını nəzərdən keçirir. Söhbət adi bombanı “ağıllı” sursata çevirməyə qadir olan JDAM kompleksindən və GBU-39 idarə olunan yüksək dəqiqlikli bombadan gedir. Bu silahlardan İsrail Hərbi Hava Qüvvələri də istifadə edir.

Ukrayna Hərbi Hava Qüvvələri bu tip silahları alarsa, onlar Rusiya qoşunlarına yaxınlaşmadan onları effektiv şəkildə atəşə tuta biləcəklər. Bundan əlavə, Pentaqon Almaniyadakı ABŞ bazasında Ukrayna hərbçiləri üçün təlim proqramını genişləndirmək niyyətindədir. Amerikalılar ayda 500 APU əsgəri yetişdirməyi planlaşdırırlar.

 

Tərcümə: Miri Məcidli