Qaynar xətt:

(+99450) 247 90 86

 Tələbələrin diqqətinə! Universitet təmirə bağlanır

 Tələbələrin diqqətinə! Universitet təmirə bağlanır

REDAKTORUN SEÇİMİ

745

16.12.2022, 18:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq. 

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetinə, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetinə tədrislərinə davam etdirəcəkləri bildirilir.  

BAKU.WS məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb.

Təhsil ocağının mətbuat xidmətindən bildirildi ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir.

Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.