Qaynar xətt:

(+99450) 247 90 86

Üzücü xəbər gəldi: Faciəli şəkildə ölən şəhid qardaşı imiş

Üzücü xəbər gəldi: Faciəli şəkildə ölən şəhid qardaşı imiş

REDAKTORUN SEÇİMİ

2673

16.12.2022, 10:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəhid qardaşı avtomobil qəzasının qurbanı olub.

Oxu24.com modern.az-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi "Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub.

Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub.

Onlardan biri Əliyev Hümmət Ülfət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü

Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır. Hazırda faktla bağlı araşdırma aparılır.