Məktəb direktorunun maşınını YANDIRDILAR -FOTOLAR
12 Oktyabr 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
488
10.12.2022, 22:19
Dəstə yığıb dayısının evinə BASQIN ETDİ
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində evlərdən birinə basqın edərək quldurluq əməli törədən dəstə üzvləri - Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ramazan Kərimov dayısının evində külli miqdarda pul olması barədə digər qohumu Əli Vəliyevə məlumat verib və həmin maddi vəsaitin ələ keçirilməsini təklif edib. Sonuncu isə tanışları Orxan Musəvi və İlqar Xəlilovla həmin mənzilə basqın etmək barədə razılığa gəlib.
Ramazan Kərimov dəstə üzvlərinə dayısının və ailənin digər üzvlərinin səhər saatlarında evdən çıxdıqları, mənzildə isə ailənin böyük oğlunun tək qaldığı barədə məlmat verib. Noyabr ayının 21-də dəstə üzvləri həmin mənzilə özlərini poçt əməkdaşı kimi təqdim edərək daxil olublar. Onlar ev sahibinin oğlunun sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub və əllərində olan bıçaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə mənzilə basqın ediblər. Dəstə üzvləri daha sonra evdə olan 50 min dollar, 1900 manat və ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını ələ keçiriblər.
Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
16:22 / 13 Oktyabr 2026
12
16:16 / 13 Oktyabr 2026
27
16:09 / 13 Oktyabr 2026
55
16:06 / 13 Oktyabr 2026
345
16:06 / 13 Oktyabr 2026
60
15:59 / 13 Oktyabr 2026
72
15:50 / 13 Oktyabr 2026
146
15:50 / 13 Oktyabr 2026
91
15:47 / 13 Oktyabr 2026
95
15:46 / 13 Oktyabr 2026
75
15:25 / 13 Oktyabr 2026
166
15:22 / 13 Oktyabr 2026
83
15:15 / 13 Oktyabr 2026
6126
15:12 / 13 Oktyabr 2026
82
15:10 / 13 Oktyabr 2026
608
14:53 / 13 Oktyabr 2026
115
14:51 / 13 Oktyabr 2026
1077
14:45 / 13 Oktyabr 2026
1190
14:43 / 13 Oktyabr 2026
254
14:24 / 13 Oktyabr 2026
81
14:14 / 13 Oktyabr 2026
373
14:09 / 13 Oktyabr 2026
91
14:00 / 13 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.