Qaynar xətt:

(+99450) 247 90 86

DİN tələbələrin davası ilə bağlı açıqlama yaydı

DİN tələbələrin davası ilə bağlı açıqlama yaydı

REDAKTORUN SEÇİMİ

250

01.12.2022, 22:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu24.com-a bildirib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib.

Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb.

Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb. Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aparılan araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.