Məktəb direktorunun maşınını YANDIRDILAR -FOTOLAR
12 Oktyabr 2026, 15:06
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1203
01.12.2022, 18:58
Bakıda 12 metrlik avtobusların fəaliyyət göstərməsi vətəndaşların gündəlik ictimai nəqliyyatdan istifadəsini daha da keyfiyyətli və təhlükəsiz edir. Hər gün ictimai nəqliyyatdan istifadə edən sərnişinlər böyük avtobuslarda rahat hərəkət etməklə mənzil başına nisbətən stressiz çatırlar.
Oxu24.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, yaxın günlərdə 12 metrlik 15 ədəd avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq.
Bundan əlavə gətiriləcək 10 ədəd avtobus isə “Çinar-Trans” MMC-nin istismarında olan 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.
İctimai nəqliyyatdan istifadə edən vətəndaşları maraqlandıran məsələlərdən biri də 12 metrlik avtobusların daha hansı istiqamətlərdə xəttə buraxılacağıdır. BAKU.WS bu məqsədlə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Mayis Ağayev BAKU.WS-ə eksklüziv olaraq bildirib ki, gələn ildən Nardaran istiqamətində də 12 metrlik avtobusların xəttə buraxılması nəzərdə tutulub:
"Bu gün 12 metrlik avtobuslar əsasən "BakuBus"un balansında var. Həmin avtobusların hansı istiqamətlərdə istismara verilməsi isə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair keçirilən müsabiqənin nəticələrinə uyğun müəyyən edilir.
Bildiyiniz kimi müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə marşrut xətləri mərhələylə müsabiqəyə çıxarılır. Bu yaxınlarda daha daha 5 marşrut xətti çıxarılıb.
Müsabiqənin nəticəsinə uyğun olaraq,"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə Nardaran qəsəbəsini əlaqələndirən 189 nömrəli müntəzəm marşrut xəttinin istismarı “BakuBus” MMC-yə həvalə edilib. Yaxın vaxtlarda bu istiqamət ədə 12 metrlik avtobuslar veriləcək".
“BakuBus” MMC-nin hüquq sektorunun müdiri Rüstəm Cəfərov isə BAKU.WS-ə bildirib ki, hazırda 455 ədəd 12 metrlik avtobus mövcud marşrut xətləri üzrə gündəlik fəaliyyət göstərir.
17:54 / 14 Oktyabr 2026
13
17:50 / 14 Oktyabr 2026
21
17:46 / 14 Oktyabr 2026
27
17:45 / 14 Oktyabr 2026
102
17:01 / 14 Oktyabr 2026
179
16:59 / 14 Oktyabr 2026
56
16:50 / 14 Oktyabr 2026
126
16:45 / 14 Oktyabr 2026
86
16:38 / 14 Oktyabr 2026
135
16:33 / 14 Oktyabr 2026
79
16:25 / 14 Oktyabr 2026
146
16:21 / 14 Oktyabr 2026
74
16:19 / 14 Oktyabr 2026
69
16:15 / 14 Oktyabr 2026
174
16:15 / 14 Oktyabr 2026
97
16:11 / 14 Oktyabr 2026
99
15:53 / 14 Oktyabr 2026
751
15:43 / 14 Oktyabr 2026
90
15:37 / 14 Oktyabr 2026
208
15:34 / 14 Oktyabr 2026
101
15:31 / 14 Oktyabr 2026
142
15:18 / 14 Oktyabr 2026
94
15:14 / 14 Oktyabr 2026
432
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.