Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77678
az

Gültəkin Hacıbəylinin saxlanılmasının detalları açıqlandı

12:2730 Noyabr, 2022
305
REDAKTORUN SEÇİMİ
  • A
Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xüsusi ittiham qaydasında məhkəməyə verilib. Bu barədə "Report"a onun vəkili Bəhruz Bayramov bildirib. O qeyd edib ki, Leyla Arif adlı şəxs xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib: "Həmin şəxs şikayətində sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını qeyd edib. Müvəkkilim barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanılıb". Vəkil söyləyib ki, G.Hacıbəyli ölkədə olmadığına görə onun barəsində həbsli axtarış elan olunub. Xaricdən ölkəyə qayıdarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və polisə təhvil verilib. Daha sonra müvəkkilim barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub". B.Bayramov deyib ki, xüsusi ittiham qaydasında şikayət Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatında verilib və prosesi dekabrın 8-nə təyin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli qəza: Ölən şəxs görün kimdir
Əməkdar artist Zemfira Nəcəfova vəfat edib
Sabah 35 dərəcə isti gözlənilir - PROQNOZ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı