Başı betona dəyibmiş - Polkovnikin ölümünün DETALLARI
14 Oktyabr 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2315
29.11.2022, 11:24
Tanınmış kimyaçı alim və elm təşkilatçısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, akademik Musa Rüstəmov vəfat edib.
Bu barədə Oxu24.com-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, akademik 92 yaşında vəfat edib.
Qeyd edək ki, M.Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsini bitirib və Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda elmi fəaliyyətə başlayıb. Alim 1959-1988-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1988-2011-ci illərdə həmin institutun direktoru olub. 2011-ci ildən vəfatına kimi müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri vəzifəsində işləyib.
O, 1961-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Musa Rüstəmovun əsas fəaliyyət istiqaməti neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində olub. Onun rəhbərliyi altında yeni nəsil katalitik krekinq prosesi sistemi (Q-43-107) yaradılıb. Bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və “Azərneftyanacaq” İB-də (indiki Heydər Əliyev adına NEZ) tətbiq olunub.
Alimin rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılıb, enerji daşıyıcılarının respublikamızda gələcək istifadəsi konsepsiyası, Azərbaycan neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanıb.
Alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR Əməkdar elm xadimi”, 1982-ci ildə isə “Azərbaycan SSR Dövlət mükafatı laureatı” adlarına layiq görülüb, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, həmçinin 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində “Elm və texnologiya” mükafatına layiq görülüb.

00:15 / 15 Oktyabr 2026
48
00:04 / 15 Oktyabr 2026
44
23:55 / 14 Oktyabr 2026
53
23:52 / 14 Oktyabr 2026
51
23:52 / 14 Oktyabr 2026
68
23:44 / 14 Oktyabr 2026
71
23:39 / 14 Oktyabr 2026
72
23:36 / 14 Oktyabr 2026
64
23:28 / 14 Oktyabr 2026
121
23:24 / 14 Oktyabr 2026
66
23:20 / 14 Oktyabr 2026
158
22:57 / 14 Oktyabr 2026
96
22:50 / 14 Oktyabr 2026
66
22:42 / 14 Oktyabr 2026
101
22:34 / 14 Oktyabr 2026
80
22:31 / 14 Oktyabr 2026
1394
22:28 / 14 Oktyabr 2026
79
22:25 / 14 Oktyabr 2026
110
22:18 / 14 Oktyabr 2026
89
22:13 / 14 Oktyabr 2026
77
22:00 / 14 Oktyabr 2026
85
21:46 / 14 Oktyabr 2026
94
21:38 / 14 Oktyabr 2026
1010
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.