Qaynar xətt:

(+99450) 247 90 86

Oğul atasını görün nə üstündə öldürdü - TÜKÜRPƏDİCİ HADİSƏ

Oğul atasını görün nə üstündə öldürdü - TÜKÜRPƏDİCİ HADİSƏ

REDAKTORUN SEÇİMİ

830

23.11.2022, 20:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gədəbəydə ailə daxilində yaranan mübahisə  faciə ilə nəticələnib. 
 

Rayonun Düzyurd kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. 

Daha sonra isə Vaqif Cəfərov özü də xəstəxanalıq olub.

Vaqif Cəfərov xəstəxanada vəfat edib. 

Vaqif Cəfərovun oğlu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Asəf Cəfərov ailəlidir. Üç azyaşlı övladı var. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Mənbə: APA TV