Cəlilabad rayonunda idarəetdiyi avtomobillə iki qardaşı vuran sürücü saxlanılıb.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
Belə ki, noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F. Əmirov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri, Gündüz Kərimov və qardaşı O. Kərimovu vurub.
Hər iki şəxs xəstəxanaya çatdırılsa da G.Kərimov aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.
Sürücü F. Əmirov isə saxlanılıb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR